ALDP rəsmisi: Paşinyan Putinin dəvətini gəbul etmədi, amma  Parisə getdi

Erməni separatçıları son günlər Xankəndi şəhərində yenidən təxribat edirlər. Ola bilsin ki, məqsəd Ukraynada gedən müharibədən yararlanmaqdır.  Amma hesab edirəm ki, bunlar əbəsdir”.

Bu fikirləri Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev deyib.

Nizami Verdiyev bildirib ki, Azərbaycan Ordusu ermənilərə qat-qat artıq cavab verməli: “Bizim əsas işimiz bu olmalıdır. Mənim fikrim, separatçıların təxribatlarına on qat artıq cavab verməliyik. Onlar bizim gücümüzü görməli və bilməlidir ki, hansısa təxribatçı addımların cəzası çox ağır olacaq”.

ALDP funksioneri diqqəti Paşinyanın Paris səfərinə yönəldərək əlavə edib ki, ermənilər hiyləgərdirlər:

“Ermənilər görürlər ki, Ukrayna məsələsində ruslar uduza bilər. Rusiya uduzacağı təqirdə özlərinə dayaq axtarırlar. Paşinyan Putinin dəvətini gəbul etmədi, amma  Parisə getdi. Bu xəyanat kimi qiymətləndirilə bilər. Amma ermənilər daha yaxşı arxa axtarırlar. Erməni görəndə ki, Rusiya onun istədiyini vermir, başqa “xozeyin” axtaracaq. Bu da onların iç üzünü göstərir”.

0.11060500144958