Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-un suallarına cavab verib.
-Nizami müəllim, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirir. Digər tərəfdən isə son günlər Tərtər, Ağdam, Xocalı rayonları istiqamətlərində yerləşən Azərbaycan mövqeləri müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə tez-tez atəşə tutulur. Sizin fikrinizcə, ermənilər bununla nə etmək istəyirlər?
-Hesab edirəm ki, ermənilər vaxtı uzadılar. Laçın dəhlizi bizim nəzarətimiz altında deyil. Laçın dəhlizi vasitəsilə Ermənistan, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə qalan erməni separatçıların tör- töküntiləri silahlandırırlar. Ermənilərin sülhə hazır olduğuna inanmaq lazım deyil. Bu təxribatların qarşısı alınmalıdır. Görünür ermənilər biz xoş niyyətlərimizi qəbul etmək istəmirlər. Ordumuz anti-terror əməliyyətlra başlanmlıdır.
-Nizami müəllim, sizə elə gəlmir ki, onlar Ukrayna-Rusiya münaqişəsindən istifadə edib, öz mərkli planlarını həyata keçirtmək istəyirlər?
-Rusiyanın Ermənistana böyük təsiri var. Rusiyada ermənipərəst qüvvələr Vətən müharibəsində uduzduğunu hələ də qəbul etmək istəmirlər. Digər tərəfdən Fransa da Vətən müharibəsinin nəticələri ilə barışmayıb. Üstəgəl Ermənistanda revaşist qüvvələr hələ də sakitləşməyib. Bu üç amili nəzərə alsaq, onda demək olar ki, bəli, bunlar Rusiya-Ukrayna münaqişəsindən yararlanmaq istəyirlər. Yəqinki bu təxribatlar yenidən olacaq.
-Bİz bu situasiyada nə etməliyik?
-Yuxarıda qeyd etdiyim kimi, Laçın dəhlizi öz nəzarət altına götürərərk antiterror əməliyyatlara başlamalıyıq. Erməni separatçılar tərkisilah olmalıdırlar. Ordumuz 44 gün ərzində 30 illik problemi həll etdi. İndidə antiterror əməliyyatları başlıyaraq qısa zamanda, o qalan erməni separatçıların tör-töküntilərin də axırına çıxa biləcək. Mən ordumuza inanıram.