Xocalı faciəsinin qurbanları ehtiramla anıldı

Azərbaycan Liberal Demokrat Partiyasının ( ALDP ) sədri Fuad Əliyev Xocalı soyqırımın 30-ci ildönümü ilə bağlı ALDP Sədr Aparatının online iclasını keçirib.

Toplantı iştrakçıları soyqırım zamanı şəhid olmuş insanların xatirəsini yad ediblər.

Toplantıda ALDP sədri Fuad Əliyev geyd edib ki, “26 fevral azərbaycan xalqına garşı ən dəhşətli qenosidlərindən biridir. Soygırımın əsl baiskarlar olan 366-cı alay və erməni təcavüzkarlardır və bu faciəni biz beynalxalq ictimaiyyətə təqdim etməsini çalışmalıyıq. Dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən lazımi siyasi və hüquqi qiymət verilməyib və bu cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib”.

 ALDP sədri fevralın 25-i beynəlxalq təşkilatlara  Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması ilə bağlı, soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağ üçün  BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Human Rights Watch, Amnesty İnternational, CARE International, Danish Refugee Council,  Norwegian Refugee Council, International Alert, International Bridges to Justice, Save the Children International, Transparency International, World Vision, NDI, Avropa Parlamentinin bir sıra üzvlərinə və ALDP-nın əməkdaşlıq etdiyi partiyalara müraciətin göndərdiyini bildirib.

0.073638916015625