Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-un suallarını cavablandırıb.
- Nizami müəllim, bəzi ekspertlər Moskva Bəyannaməsini Şuşa Bəyannaməsinə alternativ olduğunu söyləyirlər. Sizin fikrinizcə, bu, nə dərəcədə düzgün yanaşmadı?
- Mən belə fikirləşmirəm ki, Moskva Bəyannaməsi, Şuşa Bəyannaməsinə alternativdir. Biz bu məsələləri bir-birinə qarışdırmamalıyıq və bəyannamələrin biri digərini inkar etmir. Azərbaycan ilə Türkiyənin qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Rusiya ilə müttəfiqlik bəyannaməsi isə yaxın qonşu olan ölkə ilə bir sazişdir. Eyni tipli sazişi İranla da bağlamaq olardı.
-Ekspertlər iddia edirlər ki, bu Moskva Bəyannaməsi ekspromt şəkildə olub.
-Bilirsiz necədir, ya bu ekspertlər başları çıxmır protokol məsələlərdən, ya da bu ekspertlər qəsdən bu Bəyannaməni aşağılayırlar. Prezident İlham Əliyev 31 dekabr çıxışında bildirmişdir ki, Rusiya ilə münasibətlərimiz yeni mərhələyə keçəcək. İkincidi, Protokola görə Prezidentlərin görüşü bir gün ərzində hazırlanmır. 40-dan çox bəndi hazırlamaq üçün hər iki tərəfin işçi qrupları uzun müddət iş aparır. Ona görə bu səviyəsiz fikirləri tirajlamaq lazım deyil.
-Qayıdaq ekspertlərin başqa fikirlərinə. Rusiya “DNR” və “LNR” tanımağı və bir gün sonra Prezident İlham Əliyevin Moskvaya gedib Bəyannaməni imzalanması, Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirir. Həqiqətənmi bu Moskva Bəyannaməsi Azərbaycan-Ukrayna münasibətləri poza bilər?
-Burda da paralellər aparmaq yanlışdır. Azərbaycan Ukraynanın suverinliyini tanınması və ərazi bütövlüyünü dəstəklənməsi ilə bağlı dəfələrlə bəyanat verib. Biz xarici siyasətimizdə daha çox iki tərəfli münasibətlərə üstünlük verməliyik. Azərbaycanın Ukrayna və Rusiya ilə yaxşı münasibətlər var. Bu münasibətlər bir-birinə əleyhinə deyil. Biz hər bir ölkə ilə Azərbaycan maraqlarına uyğun hərəkət etməliyik. Digər tərəfdən, biz hər hansı bir ölkə ilə digər ölkənin ziddinə, zərərinə işbirliyi, addımlar etməməliyik.