Fuad Əliyev: Bütün bu problemlərə baxmayaraq məmurların yaşayış tərzini heçdə deyişməyib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaranmasının 23-illiyi münasibətilə online toplantı keçirilib. Toplantıda partiyanın rəhbərliyi və ALDP gənclər təşkilatının fəalları iştrak ediblər.

Toplantı iştrakçıları ALDP-nin yaradıcısı və ilk sədri Zakir Məmmədovu xatirəsini yad ediblər. Daha sonra ALDP sədri Fuad Əliyev partiyanın keçmişindən və gələcək fəaliyyətindən söz açdı. O qeyd etdi ki, partiya 23 il ərzində göstərdiyi fəaliyyətinə qiymət verilsə, ALDP tutduğu yoldan dönməyib və düzgün istiqamətdə davam edir.

“Ən əsası biz partiya olaraq öz müstəqilliyimizi qoruya bilmişik. Təcrübəmiz də artıb. Biz keçirilən bütün seçkilərdə iştrak etmişik.” – F.Əliyev qeyd edib.


Toplantının sonunda ALDP sədri Fuad Əliyev ictimai-siyasi vəziyyətdən söz açarkan, bildirdi ki:

“Son iki il ərzində sosial problemlər dərinləşib, qiymətlərin artırımına qətirib çıxarıb. Bütün bu problemlərə baxmayaraq məmurların yaşayış tərzini heçdə deyişməyib. Bu da onu göstərir ki məmurlar özlərini çox arxayın aparıllar.” – Fuad Əliyev qeyd etdi.

0.14284706115723