Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev ölkədə intiharların sayının artması ilə bağlı Baku News-a narahatlığını bildirib. Onun fikirlərinə görə, son vaxtlar bu yola yetkinlik yaşında olan şəxslərin üz tutması cəmiyyətdə böyük narahatlıq doğurub:
“Təəssüf ki, son vaxtlar bu yola daha çox yetkinlik yaşında olan şəxslər üz tutur. Bir neçə il əvvəl internetdə dünyada təhlükəli oyunlar yeniyetmə və uşaqların arasında populyarlaşmağa başlamışdı. Həmin oyunlarda müxtəlif tələbləri yerinə yetirmək lazımdır. Bu oyunlar xüsusilə də yeniyetmələrdə çox ağır psixoloji sarsıntılar yaradır.”
Daha sonra sosial problemlərin artmasını qeyd edən Nizami Verdiyev bunu bildirib:
“Son illər insanların problemləri, gərginlikləri daha da artıb. Ailədə valideyinlər sosial problemlərin həlli ilə məşğuldular. Bu problemləri həll edə bilməyəndə ailələrdə gərqinlik yaranır. Uşaqlar nəzarətsiz qalır. Bu oyunların və digər problemlərin arasında qalan, həll yolu tapa bilməyən şagirdlər, yeniyetmələr intihar yolunu seçirlər. Bu çox təhlükəli prosesdən xəbər verir.”