İtaliyanın yeni hökumət başçısı and içdi

İtaliyada Mario Draqinin başçılıq etdiyi yeni hökumətin andiçmə mərasimi olub.

TASS yazır ki, İtaliya dövlət başçısı Sercio Mattarellanın iştirakı ilə keçirilən mərasim prezident sarayının rəsmi saytında yayımlanıb.

Ümumilikdə yeni kabinetdə 23 nazir var.

Yanvarda istefa edən Cüzeppe Kontenin rəhbərlik etdiyi əvvəlki kabinetdəki bir sıra nazirlər vəzifələrini qoruyublar.

0.31837296485901