Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Goranboy rayonunda yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qızılhacılı-Qərvənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.30605387687683