Yolda işləyən kran Bakıda tıxaca səbəb oldu - FOTO

Hazırda paytaxtın Təbriz-Tələt Şıxəliyev küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat paylaşıb.

O bildirib ki, nəqliyyatın sıxlığına səbəb kəsişməyə yaxın hissədə qaldırıcı kranın işləməsidir: 

“Əsaslı səbəb olmadan nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi vaxtda bu cür təmir-tikinti işlərinin aparılmasından daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir.

Vətəndaşların rahatlığını nəzərə alaraq belə hallara yol verən şəxsləri işlərini qanunvericiliklə müəyyən olunan qaydalara uyğun icra etməyə çağırırıq”.

0.38735008239746