Madaqaskarın şimalında cəngəllikdə dünyanın ən kiçik sürünəni tapılıb. “Brookesia nana” adlanan canlının ölçüsü erkək və dişilərdə müvafiq olaraq 1,35-1,9 santimetrdir.
Bu barədə “HaberGlobal” xəbər yayıb.
Cüt-cüt yaşayan canlının bədəninin yarısını quyruğu təşkil edir.
Yeni tapıntı alimlərin böyük marağına səbəb olub. Onlar buqələmunun bu növünün nə səbəbə belə balaca qaldığını araşdırırlar.