Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.
Bərdə rayon Qarağacı kənd sakini 1990-cı il təvəllüdlü Surxay Ağalarov idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1971-ci il təvəllüdlü Ağdam rayon sakini Əliyev Zakir Lələkişi oğlunu vurub.
Ağır bədən xəsarətləri alan Z.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.