Avstraliyanın Qərb sahillərində baş vermiş genişmiqyaslı yanğın nəticəsində Suon şəhərində 20-30 ev yanıb.
Bu barədə WA Today məlumat yayıb.
Yanğın nəticəsində təxminən 400 nəfər evindən təxliyə edilib. Sakinlər təxliyə mərkəzlərində yerləşdiriliblər.
Hazırda xilasetmə xidmətləri yanğın nəticəsində ölən və yaralananların olub-olmadığını müəyyən etməyə çalışır.