Azad edilən ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.
31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilmişdir.