Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.