Türkiyə Myanmadakı hərbi çevrilişi pislədi

Türkiyənin Xarici İşlər Nazirliyi Myanmadakı hökumət çevrilişini sərt şəkildə qınayıb və ordunu ölkənin həbsdə olan dövlət rəsmilərini sərbəst buraxmağa çağırıb.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Xatırladaq ki, Myanmada dövlət çevrilişi olub, ölkədə fövqəladə vəziyyət elan edilib.

Hərbçilər prezidenti və onun müşavirini həbs edib.

Myanmada bir illik fövqəladə vəziyyət rejimi elan edilib.

0.30619287490845