Polis mikroavtobusu alışıb yandı - FOTO/VİDEO

Polisin xüsusi qvardiyasına məxsus mikroavtobus alışaraq yanıb.

Rusiyanın kütləvi informasiya vasitələri hadisənin Moskvada, Voznesenski küçəsində baş verdiyini bildiriblər.

Ölkə FHN-nindən verilən məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Yanğının səbəbləri müəyyənləşdirilir.

Moskva polisinin mətbuat xidmətindən faktı təsdiqləyib, hadisənin texniki səbəbdən baş verə biləcəyini qeyd ediblər.

0.31219911575317