Ata uşaqların başından tutub üzü üstə yerə çırpdı - VİDEO

Sosial şəbəkələrdə azyaşlı uşaqları ilə vəhşicəsinə rəftar edən, onlara işgəncə verən atanın görüntüləri paylaşılıb.

"RenTV" telekanalının yaydığı kadrlarda kişinin uşaqları başından tutaraq yuxarı qaldırması və üzü üstə yerə çırpması əks olunur.

Videonun uşaqların anası tərəfindən çəkildiyi bildirilir. Onun məsələyə qarışmaması isə heyrət doğurur.

Hadisə ilə bağlı cinayət işi açılıb. 45 yaşlı kişi artıq saxlanılıb. O, etdiklərini boynuna alıb.

Uşaqların səhhətində ciddi problemlər aşkar olunmayıb.

0.29511499404907