Bakıda 39 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Qaradağ rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1982-ci il təvəllüdlü Allahverdiyeva Fatimə Yusif qızı müxtəlif xəsarətlər alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0.32448101043701