Gənclər işğaldan azad olunan ərazilərdə layihələrdə iştirak edəcək

“İDEA İctimai Birliyi ilkin mərhələdə işğaldan azad olunan ərazilərdə təbii sərvətlərin qiymətləndirilməsi ilə bağlı işlər görəcək”.

Xeber-ps.com-ın müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov bildirib.

O bildirib ki, növbəti mərhələ isə bu ərazilərin bərpası ilə bağlı olacaq:

“Bu prosesə gəclərimiz də cəlb olunacaq. Gənclərin ekoloji problemlərin aradan qaldırılmasında rolu ilə bağlı İDEA tərəfindən yeni layihəyə də start verilib. Bu layihənin məqsədi dəymiş ekoloji zərərin qiymətləndirilməsi və gənclərin təcrübəsinin artırılması, o cümlədən, ekoloji terrora məruz qalmış ərazilərlə bağlı statistikanın hazırlanmasıdır. Növbəti mərhələdə isə həmin ərazilərin bərpası nəzərdə tutulur”.

İlhamə Əbülfət

0.3339581489563