Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 kvm olan mənzilin mətbəxində bir ədəd divan və bir ədəd kondisioner yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yüksək temperaturdan bir ədəd soyuducu əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.32044911384583