İndoneziyada zəlzələ qurbanlarının sayı 46 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Bu barədə yerli “Tempo” nəşri İndoneziyanın təbii fəlakətlərin idarəetməsi agentliyinə istinadən xəbər verib.

Zəlzələ nəticəsində xəsarət alanların sayının isə 637 nəfər olduğu bildirilir.

Bildirilir ki, İndoneziyaya məxsus dörd böyük adadan biri olan Sulavesidə hazırda təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət tətbiq olunub.

0.29195594787598