Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan 176 nəfər ölüb.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, həmçinin daha 9 138 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.
Qeyd edək ki, Türkiyədə indiyə qədər 2 326 256 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 198 150 nəfər sağalıb, 22 807 nəfər isə ölüb.