DOST-un Vətən müharibəsində iştirak edən əməkdaşları geri dönüb - FOTO

DOST Agentliyinin Vətən müharibəsində iştirak edən əməkdaşları geri dönüb.

Agentlikdən verilən məlumatda bildirilir ki, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 3 saylı Bakı DOST Mərkəzinin Vətən müharibəsində iştirak edərək geri dönən əməkdaşları Tural Əsgərov və Cavid Cabbarlının qarşılanma mərasimində iştirak edib.

Qarabağın dirçəldilməsi üçün, həmçinin işğaldan azad edilmiş bölgələrimizdə tezliklə yeni DOST mərkəzlərinin açılması üçün bütün lazımi işlərin görüləcəyini deyən İdarə Heyətinin sədri döyüşlərdə iştirak edən əməkdaşlara təşəkkürnamələr təqdim edib.

Qeyd edək ki, ümumilikdə DOST Agentliyinin beş əməkdaşı Vətən müharibəsində iştirak edib. 3 saylı Bakı DOST Mərkəzinin əməkdaşı Tural Əsgərov “Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

0.34118390083313