DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı

Ötən gün səhər saat 9 radələrində Binəqədi rayonu ərazisində qeydə alınan yol qəzası zamanı KİA markalı avtomobildə olan sərnişin həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.

Abşeron rayon sakini E.Qasımov idarə etdiyi KİA markalı avtomobili qarşıda gedən UAZ markalı avtomobilə vurub.

Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

0.33235692977905