Bakı sakini avtomobilində bıçaqla hədələndi

Bakıda quldurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsi (RPİ) 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan iki nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov müəyyən edilərək saxlanılıblar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

0.30412006378174