“Slim Diet” - dietik mətbəxdə lider: İmmunitetin möhkəmləndirməsi üçün qida məhsulları - FOTO/VİDEO

“Slim Diet” şirkəti ilin ən yaxşı dietoloji qida məhsulları şirkəti seçilmişdir. Bu uğur şirkətin fəaliyyəti ərzində qazandığı birinci nailiyyət deyildir.

Belə ki, şirkət artıq yeddi ildir dietik mətbəx və dietoloji xidmətlər göstərməkdədir. Şirkət eyni zamanda karantin müddətində evdən çıxmadan yemək rasionuna nəzarət etməyə də kömək edir. Bütün dietik qida məhsulları karantin müddətində qida qaydalarına mütləq şəkildə uyğun olaraq hazırlandıqdan dərhal sonra xüsusi aparatlarla çatdırılma tələblərinə uyğun, yüksək gigiyenik mühitdə qablaşdırılır. Öz sferasında ilklərdən olan şirkət cəmi bir il müddətində texnoloji gücünü inkişaf etdirərək öz sferasında liderə çevrilməyi bacarıb. Şirkətin xitmətlərindən istifadə edən ölkənin nüfuzlu insanları, şou biznes ulduzları və tanınmış şəxslər də məmnunluqarını ifadə etməkdədirlər.

Şirkətin kreativ baş aşpazı Sergio Ramosla müsahibəni təqdim edirik:

Xoş gördük Sergio, sizin vəzifələrinizə tam olaraq nələr daxildir?

- Mən menyumuzu dadlı yeməklərlə zənginləşdirmək üçün davamlı olaraq yeni yemək çeşidləri hazırlayıram. Dieta qaydalarına əməl etmək istəyən heç kəs psixoloji gərginlik keçirməməli, əksinə həvəslə növbəti qidanın qəbulunu gözləməlidir. Unutmamalıyıq ki, yemək eyni zamanda həm də həzz hormonu olan dofaminin təmin edilməsi deməkdir və dietik qida burada istisna olmamalıdır.

İmmuniteti möhkəmləndirmək üçün düzgün qida necə seçilməlidir?

- Yeməyin qidalandırıcı tərkibi orqanizmin xarakterik xüsusiyyətlərinə görə fərdi olaraq dietoloqlarımız tərəfindən müəyyənləşdirilir.  Burada vacib məqam bütün lazımi mikroelementlərin, vitaminlərin və bioflavonidlərin təmin olunmasıdır. Komponentlərin təbii qida mənbələrindən təmin olunmasına xüsusi nəzarət olunur. Belə ki, təbii komponent tərkibli qidanın qəbul edilməsi istənilən vitamin əlavələrindən daha faydalıdır.

Artıq karbohidrat qəbul etmək immuniteti möhkəmləndirə bilərmi?

- Xeyr. Sadə rafinə edilmiş şəkər qəbulu, əksinə maddələr mübadiləsini zəiflədir ki bu da nəticə etibarilə immun sistemdə neqativ təsirlərlə müşayət olunur. Karbohidratların miqdar nisbəti balanslaşdırılmış və mənbəyi lazımi vitamin əsaslı olmalıdır. Eyni zamanda qida rasionunun tərkibinə lazımi qədərdən artıq heyvan mənşəli zülallar daxil edilməməlidir.

Deyirlər, düzgün qidalanma zamanı, dietik rasiona yağlı qida qətiyyən daxil edilmməlidir. Buna münasibətinizi öyrənmək istərdik.

- Orqanizmin immun sisteminin funksionallığının düzgün təmin edilməsi üçün balıq məhsulları və bitki mənşəli yağlardan əldə olunan Omeqa 3-6-9 ailəsinə daxil olan yağlar mütləq şəkildə tələb olunur. Yağlar eyni zamanda hormonal sistemin düzgun funksionallaşdırılması üçün çox gərəklidir.

Ac qalma immunitetdə özünü necə biruzə verir?

- Düşünürəm ki, artıq hər kəsə məlumdur ki,  heç bir ac qalma forması və üsulları heç bir halda qəbuledilməzdir. Bu üsul immuniteti kəskin surətdə zəiflədə bilər. Kiçik porsiyalarla eyni zamanda davamlı surətdə qidalanmaq lazımdır. Hər qida qəbulu orqanizmi qidalandırcılarla, vitaminlərlə və minerallarla təmin etməlidir.

Oxucularımız üçün faydalı məlumatlara görə təşəkkür edirik.

“Slim Diet” şirkəti təkcə arıqlamaq istəyənlər üçün deyil, həm də öz sağlamlığının qayğısına qalan, lakin düzgün qidalandırıcıların seçilməsi və yeməyin hazırlanması üçün lazımi qədər vaxt sərf etmək imkanları olmayan hər kəs üçün rasionlar hazırlayır. “Slim Diet” menyunu seçmək, duzgün tərkibi və qidalandırıcıları təyin etmək, kalorini hesablamaq, yemək hazırlamaq - bütün bunları sizin əvəzinizə edir. Sizə isə yalnız rasion paketini açmaq və hər yeməkdən həzz almaq qalır.

0.3238160610199