Bakıda 10 yaşlı uşaq yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 2011-ci il təvəllüdlü Şirəliyeva Ayan Murad qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

0.30351495742798