Neftçalada iki avtomobil toqquşdu - FOTO

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 99-XA-356 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə 10-GV-892 dövlət qeydiyyat nişanlı "VAZ-21099" markalı avtomobil toqquşub. Qəza xəsarətsiz ötüşsə də, hər iki minik avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

0.31729602813721