ABŞ-ın daha bir ştatında koronavirusun “Britaniya ştammı” tapıldı

ABŞ-ın Florida ştatında koronavirusun yeni ştammına ilk yoluxma qeydə alınıb.

Bu barədə TASS  məlumat yayıb.

“Britaniya ştammı” Martin dairəsində qeydə alınıb. Yoluxan şəxsin son dövrlərdə uzunməsafəli səyahət etmədiyi qeyd olunub.

Xatırladaq ki, “Britaniya ştammı” buna qədər ABŞ-ın Kaliforniya və Kolorado ştatlarında da müəyyən edilib.

0.33097100257874