ABŞ-da son 24 saatda koronavirusa 230 minə yaxın yeni yoluxma

ABŞ-da son 24 saatda koronavirusa 227 315 yeni yoluxma qeydə alınıb.

Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Son sutkada ölkədə daha 3419 nəfər koronavirusdan ölüb. Ümumi ölüm sayı 345 844-ə çatıb.

ABŞ-da ümumi yoluxma sayı isə 19 974 883 olub.

0.28416705131531