Roma Papası səhhətindəki problemlərlə əlaqədar Yeni il ibadətində iştirak etməyib

Roma Papası Fransisk bel və ayaq ağrısı səbəbindən Müqəddəs Pyotr Kilsəsində keçirilən ənənəvi Yeni il ibadətlərində iştirak edə bilməyib.

 ANSA agentliyi bu barədə xəbəri Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən yayıb.

Qeyd olunur ki, papa Fransiskin əvəzinə gecə ibadətini Kardinal Kollecinin dekanı Covanni Battista Re həyata keçirib.

0.30193495750427