Xətaidə yolu keçən 36 yaşlı şəxsi avtomobil vurdu

Bu gecə Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1984-cü il təvəllüdlü Həsənov Orxan Aydın oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.37475204467773