Masallıda yanğın olub

Masallı rayonunun Alışanlı kəndində ümumi sahəsi 80 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damına yığılan 8 ton ot bağlamasının 5 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.29780793190002