Yəməndəki partlayışda Qırmızı Xaç Komitəsinin əməkdaşı həlak olub

Bu gün Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında baş vermiş partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bir əməkdaşı ölüb, daha üç nəfər yaralanıb.

Bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Məlumatda həmçinin qeyd olunub ki, Ədən şəhərinin hava limanında baş vermiş silahlı hücum nəticəsində Qırmızı Xaç Komitəsinin iki nəfər əməkdaşı itkin düşüb.

Xatırladaq ki, Yəmənin paytaxtı Ədən şəhərinin hava limanında bu gün baş vermiş partlayış və silahlı hücum nəticəsində ölənlərin sayı 22-yə, yaralıların sayı isə 50-yə çatıb.

 

0.3415789604187