Şəhid kapitan Anar Heydərov Sumqayıtda torpağa tapşırılıb - FOTO

Sumqayıt şəhərində Vətən müharibəsində şəhid olmuş kapitan Heydərov Anar Bəhruz oğlu dəfn edilib.

Xeber-ps.com xəbər verir ki, şəhər əhalisi şəhidlə vida mərasimində iştirak edib. 

Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər.

Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Şəhidimiz kapitan Heydərov Anar Bəhruz oğlu Sumqayıtın şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Könül Cəfərli 

0.31026482582092