ALDP sədri Azərbaycan xalqı təbrik edib

Xəbər-PS ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə, Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Əziz  həmvətənlər!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2021-ci il münasibətilə səmimi qəlbdən təbrik edirəm.

44 gün Vətən müharibəsində dünyada yaşayan azərbaycanlılar bütün dünyaya, əsil mənada həmrəylik nümayiş etdirdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində, ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə borcunu, Azərbaycan Ordusu Azərbaycan xalqınıb dəstəyilə yerinə yetirdi! Şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı! Birinci və ikinci Qarabağ müharibəsində olan bütün şəhidlərin ruhu şad olsun! Şəhid ailələri qarşısında baş əyirəm. Vətən sağ olsun! Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizə, veteranlara,  Allahdan şəfa diləyirəm! 44 gün ərzində bütün dünyaya nümayiş etdirən həmrəyliyimizi bundan sonra da  qorumağı dünya azərbaycanlılarına arzulayıram.Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yenil il münasibətilə təbrik edir, bütün ailələrə sevinc, xoşbəxtlik, səadət, xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm! Arzu edirəm ki, yeni ildə bütün Azərbaycan xalqının ən ülvi, ən səmimi, ən müqəddəs arzuları həqiqətə çevrilsin.

Bayramınız mübarək olsun!

Hörmətlə,

Fuad Əliyev

Azərbaycan Liberal Demokrat Partiyasının sədri

0.11143803596497