Yəmən aeroportunda partlayış: 27 nəfər öldü - YENİLƏNİB + VİDEO

Yəməndə Ədən Beynəlxalq Hava Limanına edilən hücumda azı 27 nəfər ölüb, onlarla insan yaralanıb.

“Al Hadath” telekanalının məlumatına görə, bu barədə Yəmən hökumətinin nümayəndəsi bildirib.

15:54

Səudiyyə Ərəbistanından uçan və Yəmənin hökumət nümayəndələrini daşıyan təyyarənin endiyi aeroportda güclü partlayış baş verib.

“RİA Novosti” yerli mənbəyə istinadla xəbər verir ki, hadisə Cənubi Yəmənin paytaxtı Ədəndəki hava limanında olub.

Hadisə zamanı azı 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Ölənlər arasında insan hüquqları nazirinin də olduğu bildirilir.

Qeyd edilir ki, bütün nazirlər Ədəndəki hökumət sarayına aparılıb.

0.29337501525879