Putin Ərdoğanı təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğanı Yeni il münasibətilə təbrik edib.

“Haber Global” bu barədə Kremlin açıqlamasına istinadla xəbər yayıb.

Mesajda Putin Rusiya-Türkiyə münasibətlərinin bütün əsas sahələrində davam edən inkişafından məmnun olduğunu qeyd edib.

O, bildirib ki, çətin sanitariya və epidemioloji vəziyyətə baxmayaraq əhəmiyyətli siyasi dialoq davam etdirilir, enerji sahəsində mühüm ortaq layihələr sistematik şəkildə həyata keçirilir, hərbi-texniki, ticari-iqtisadi və digər sahələrdə əməkdaşlıq yüksək səviyyədə saxlanılır.

“Əminəm ki, gələn il Moskva və Ankara Avrasiyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində, rus və türk xalqlarının maraqlarına tam cavab verən şəkildə ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələlərində səmərəli əməkdaşlıq edəcəklər”.

0.30248403549194