Koronavirusun “Britaniya ştammı” okeanı aşdı

ABŞ-ın Kolorado ştatında mütəxəssislər koronavirusun bundan əvvəl  Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxma halı qeydə alıblar.

RT-nin məlumatına görə, bu barədə ştatın qubernatoru Cared Polis açıqlama verib.

Koronavirusun bu ştammına yoluxma ölkədə ilk dəfədir ki, qeydə alınıb.

Qubernatorun dediyinə görə, xəstə 20-29 yaş arasında kişidir. O, təcrid olunub.

Məlumatlara görə, son vaxtlarda o, uzaq səfərlər etməyib.

0.31791591644287