Birləşmiş Ərəb Əmirliklərində “Britaniya ştammı”na yoluxma qeydə alınıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)  koronavirusun yeni mutasiya etmiş növünə yoluxma halları qeydə alınıb.

TASS agentliyi xəbər verir ki, bu barədə BƏƏ hökumətinin sözçüsü Ömər Əbdül Rəhman əl-Həmmədi məlumat yayıb.

“Birləşmiş Ərəb Əmirlikləri ərazisində “Britaniya ştammı”na bir neçə yoluxma halı qeydə alınıb. Xəstəlik digər ölkələrdən BƏƏ ərazisinə daxil olan şəxslərdə aşkar edilib”, - deyə Ömər Əbdül Rəhman əl-Həmmədi söyləyib.

Onun sözlərinə görə, hökumət vəziyyəti yaxından izləyir və bütün qabaqlayıcı tədbirləri həyata keçirir.

0.30207109451294