Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı sağ qamış sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.33525896072388