Azərbaycanın Rusiyaya pomidor ixracı məsələsində növbəti qadağa aradan qalxdı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bir yanvar tarixindən etibarən Azərbaycanın daha 15 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.

TASS agentliyi bu barədə “Rosselxoznadzor”un yaydığı məlumata istinadən xəbər verib.

Qeyd edək ki, bundan əvvəl “Rosselxoznadzor” daha 17 Azərbaycan müəssisəsindən pomidor idxalına icazə vermişdi.

0.34841895103455