Koronavirusun yeni ştammına görə hər il peyvənd olunmaq tələb edilir?

Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova COVID-19-un yeni növlərinə qarşı peyvəndlərin effektivliyini qiymətləndirib. O, yeni koronavirus infeksiyasının peyvəndlərin təsirini azalda biləcəyini deyib.

“RİA Novosti” xəbər verir ki, Baranova eyni zamanda bu halda peyvəndlərin faydasız olmayacağını da bildirib.

Mütəxəssisin sözlərinə görə, peyvənd orta hesabla yeni COVID-19-a yoluxmadan 99 faiz yox, 91 faiz qoruyacaq:

“Qorxulu nəsə yoxdur. Artıq peyvəndin daimi olmadığını və yenidən peyvəndləmənin tələb oluna biləcəyini bilirik. Başımıza gələ biləcək ən pis şey hər il təkrar peyvəndləmədir”.

0.29936599731445