Qəbir daşı üzərində nasist işarələr çəkilib - FOTO

Bir qrup naməlum şəxs Fransanın paytaxtı Parisdən 65 kilometr məsafədə yerləşən Fontenblo kommunasının qəbiristanlığında qəbir daşları üzərində təhqiredici hərəkətlərə yol verilib.

TASS agentliyi xəbər verir ki, bu barədə Fontenblo kommunasının meri Frederik Valtu öz “Twitter” səhifəsində məlumat yayıb.

“Bu səhər gördüklərim məni çox hiddətləndirib: bir sıra qəbirlər müxtəlif svastikalar vasitəsilə alçaldılıb. Bu, çirkin və qəbuledilməz bir hərəkətdir, şikayət etmək niyyətindəyəm. Qəbiristanlığımız heç vaxt belə cinayətlərlə üzləşməyib”, - F.Valtu yazıb.

Mer əlavə edib ki, artıq hüquq-mühafizə orqanları olayla əlaqədar araşdırmalara başlayıb.

0.33543920516968