Sumqayıtda “Lexus” markalı avtomobil piyadanın ölümünə səbəb oldu

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberle.com-un məlumatına görə, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Həsənov Şamil Şahalı oğlunu “Lexus” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

0.35303211212158