Qazaxıstanda koronavirusun 140-a yaxın ştammı tapılıb

Qazaxıstan Səhiyyə Nazirliyinin sanitariya və epidemioloji nəzarət komitəsinin sədri Ayjan Esmaqambetova bildirib ki, pandemiyanın beş ayı ərzində Qazaxıstanda koronavirusun 140-a yaxın növü aşkar edilib.

Bu barədə “Vestnik Kavkaza” xəbər verir.

Bildirilir ki, ölkədə Almaniya, İspaniya, Ukrayna, Rusiya, ABŞ və Çində yayılmış ştammlar müəyyən olunub. Hələlik “Britaniya ştammı”nın olmadığı da bildirilir.

Qeyd edək ki, Qazaxıstanda bu vaxta qədər 152 460 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxanların 2196-sı ölüb.

0.30268788337708