Mutasiya olunmuş koronavirusa yoluxan jurnalist: “Həyatımdakı ən pis baş ağrısı ilə oyandım”

Böyük Britaniyada ortaya çıxan mutasiya olunmuş koronavirusla bağlı araşdırmalar davam edərkən, bu xəstəliklə mübarizə aparan jurnalistin ifadələri və təcrübələri beynəlxalq ictimaiyyətin gündəmini zəbt edib.

Sondakika.com xəbər verir ki, Britaniyada populyar televiziya kanallarından biri olan Channel 4-ün xəbər meneceri Luiza Kompton mutasiya olunmuş koronavirusla yaşadığı təcrübələrdən danışıb.

Hər həftə velosiped sürən və təqribən 320 kilometr yol qət edən 44 yaşlı Kompton çölə çıxmamağına rəğmən iki həftə əvvəl mutasiyaya uğramış koronavirusa yoluxub.

Xəstəliyə qəfil tutulduğunu söyləyən Kompton bildirib ki, dekabrın 10-da yağışlı bir gündə velosiped sürüb və evə qayıtdıqdan bir gün sonra simptomlar ortaya çıxıb: “Evə gələndə öskürdüm, boğazım ağrayırdı və burnum axırdı. Bunlar normalda koronavirus simptomları deyil, buna görə də soyuqdəymə olduğunu düşünürdüm.

Amma xəstəliyin üçüncü günü həyatımın ən pis baş ağrısı ilə oyandım. İşıqları söndürdüm və bütün gün yatdım. Düşündüm ki, başım həqiqətən partlayacaq”.

O, qeyd edib ki, xəstəliyin beşinci günü ishal və qoxu hissinin itməsi də simptomlara əlavə olunub:

“Xəstəliyin altıncı günü vəziyyətim ağırlaşdı. Ağrıdan yata bilmədim. Uzun, dərin və sakit nəfəs almaq mənə çox kömək etdi”.

Kompton xəstəliyin 10-cu günü huşunu itirib:

“Qısası, bu xəstəliyin çox şiddətli və qorxunc olduğunu söyləmək istəyirəm və bu xəstəli daha yüngül keçirdiyimin də fərqindəyəm”.

0.33894896507263