Maradonanın qızı atasının meyitinin yarılması ilə bağlı danışıb - FOTO

 

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın qızı Caninna Maradona “Twitter” səhifəsində atasının meyitinin yarılması ilə bağlı danışıb.

Bu barədə “Gazeta” xəbər yayıb.

Futbolçunun qızının dediyinə görə, Maradonanın ölümündən əvvəl bədənində şişlər olub və robot kimi bir səsə sahib idi.

“Əclaflar atamın meyitinin yarılmasının nəticələrində narkotik, marixuana və spirt izlərinin göstərməsini gözləyirlər”,  - deyə o, bildirib.

Lakin, mütəxəssislər argentinalının bədənində qadağan olunmuş maddələrin izlərini tapmayıblar.

Xatırladaq ki, Dieqo Maradona noyabrın 25-də xroniki ürək çatışmazlığının səbəb olduğu kəskin ağciyər ödemi nəticəsində ölüb. 

 

0.40768098831177