57 il evli olan cütlük beş saat ara ildə koronavirusdan öldü

 

Türkiyədə 57 il evli olan cütlük koronavirusdan ölüb. 

“Haber Global” xəbər verir ki, Nəcməddin Cirit və Birsen Cirit bir müddət öncə koronavirusa yoluxub və Kocaelidəki xəstəxanaya yerləşdirilib. 

Bir həftə davam edən müalicəyə baxmayaraq, Nəcməddin gecə saatlarında dünyasını dəyişib. Ondan beş saat sonra isə həyat yoldaşı ölüb. 

Cütlük Sakaryada torpağa tapşırılıb. 

Qeyd edək ki, Türkiyədə bu günə qədər 2 133 273 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 19 624-ü ölüb, 1 994 034 nəfər isə virusdan sağalıb. 

0.31395411491394