Kişilər Yeni ildə hansı hədiyyələri gözləyir - ƏN YAXŞI HƏDİYYƏ İDEYALARI + VİDEO

“Onlar nə qədər böyüsələr də, qəlbən hələ də uşaqdırlar” – kişilər barəsində deyilən bu ifadə yəqin hər kəsə tanışdır. Onlar emosiyalarını yaxşı gizlədə bilsələr də, Yeni ildən möcüzə gözləyirlər. Əgər hələ də həyatınızdakı “böyük uşağı” sevindirəcək hədiyyə tapa bilməmisinizsə, bu məqalə sizin üçündür. “Kontakt Home” kişilərin istəklərini nəzərə alaraq, onları sevindirə biləcək Yeni il hədiyyələrinin siyahısını hazırlayıb. 

1. SMARTFON

Kişilərə smartfon seçərkən funksionallığına çox böyük önəm vermək lazımdır. Çünki onlar eynilə uşaqlar kimi, telefonlarında film izləməyi, musiqi dinləməyi və mobil oyunlar oynamağı sevirlər. Eyni zamanda davamlı olaraq e-poçtları yoxlamaq və xəbərləri oxumaq üçün internetə bağlanırlar. Sevdiyiniz kişinin bütün istəklərini qarşılaya biləcək smartfon olaraq 2020-ci ilin modeli olan məsləhət görürük. Smartfonun boz korpusu kişini başqalarının yanında soyuq görsədə, funksionallığı ilə isə evdə əsl uşağa çevrilə bilər.

2. GENİŞ EKRANLI TELEVİZOR

Futbol, film və ya sadəcə maraqlı TV şou 4K keyfiyyətli televizorlarla daha maraqlı və canlıdır. Ona bu ilin ən populyar 2 modelini: , daha geniş ekran sevənlər üçün isə hədiyyə etməyinizi təklif edirik. 4K televizorlarla futbol matçlarını izləyərkən özünü stadiondakı kimi hiss edəcək. “Playstation” həvəskarları üçün də 4K televizoru ən gözəl tandemdir. Əgər deyirsiniz ki, o, oyun oynamağı və matç izləməyi sevmir, ona yenə də televizor hədiyyə edin, evinizdə əsl kiçik kinoteatr yaradın. Sevdiyiniz filmləri birlikdə izləyin. İnanın ki, bu universal hədiyyə ilə siz heç vaxt uduzmayacaqsınız.

3. PLAYSTATION 4

Qəlbən hələ də uşaq olan kişilər üçün ən ideal hədiyyə ola bilər. “Playstation”la o, artıq bütün asudə vaxtını evdə keçirəcək, buna əmin ola bilərsiniz. Çünki indi o, sevdiyi oyunlarını oynaya bilmək üçün internet klublara getməyəcək. Üstəlik, elə siz də sevdiyinizə qoşulub bir yerdə vaxt keçirə bilərsiniz. Bir sözlə, Yeni il gecəsi onun üçün əsl Qar qızı olmaq istəyirsinizsə, ona mütləq “Playstation” hədiyyə edin. 

4. TRIMMER 

Həyatınızdakı kişi xüsusi qapanmaları səbəb göstərərək əsl “Şaxta Babaya” çevirilibsə, onahədiyyə edin. Dörd başlıqlı “trimmer” ilə onun artıq üzünü qırxmamaq üçün heç bir səbəbi qalmayacaq. Hətta o, bu hədiyyəyə həvəslənib öz saçlarına da əl gəzdirəcək. Yeni il endirimləri bitmədən bu möhtəşəm hədiyyəni -dan sifariş edin.

5. MUSİQİ MƏRKƏZİ 

Audotexnika - yaşından aslı olmayaraq, hər kişinin arzusudur. Əgər həyat yoldaşınız və ya qardaşınız musiqi dinləməyi çox sevirsə, onun bu Yeni ilini unudulmaz edəcək hədiyyə . Bu musiqi mərkəzi ilə əsl Yeni il şənliyini evinizə gətirə və eləcə də boş vaxtlarınızda birgə karaoke oxuya biləcəksiniz. Üstəlik indi saytında bu hədiyyəni xüsusi endirimlə tapa bilərsiniz.

6. DƏBLİ QULAQLIQLAR 

Əgər o musiqisevərdirsə, siz isə daha çox sakitçiliyə üstünlük verirsinizsə, o zaman sevdiyiniz kişiyə simsiz qulaqlıq hədiyyə edin. Beləliklə, o, sevdiyi mahnılara sizə mane olmadan qulaq asa biləcək. Lakin siz bu hədiyyə ilə həm də onu xoşbəxt etmək istəyirsinizsə, seçim edə bilərsiniz. Bu hədiyyə ilə o, həm dəbli görünə, həm də vacib zənglərə asanlıqla cavab verə biləcək. 

7. BUZ HAZIRLAYAN QURĞU

O, bağ evində və ya təbiətdə vaxt keçirməyi sevir, lakin içkilərin sərin qala bilməməsindən hər zaman narazılıq bildirirsə, ona hədiyyə edin. Bu cihaz soyuducunu əvəz edərək, ərzaqlarınızın təzə və içkilərinizin sərin qalmasına kömək edəcək. Sizi əmin edirik ki, bu buz hazırlayan ilə siz onun ürəyinin buzlarını əridə biləcəksiniz. 

8. ELEQANT QOL SAATI

Sevdiyiniz kişiyə saat hədiyyə edin. Qədimdən bu günə qədər saat kişilər üçün ən aktual hədiyyə hesab olunur. Çünki kişilər saatdan yalnız vaxta baxmaq üçün istifadə etmirlər. Qolundakı saat həm də onların cəmiyyətdə olan statusunun göstəricisidir. Əgər həyatınızdakı kişinin sizin üçün dəyərli olduğunu bildirmək istəyirsinizsə,  seçim edin. 

9. TƏMİR ÜÇÜN PEŞƏKAR ALƏTLƏR 

Evinizdə kiçik təmir işləri olunmalıdır, lakin “evinizdəki ustanın” bu işləri görməsi üçün keyfiyyətli alətləri yoxdur. O zaman, ona hədiyyə edin. Bu hədiyyəni sevdiyiniz çox bəyənəcək, çünki artıq o, kiçik təmir işlərini görərək sizin qəhramanınıza çevrilə biləcək. Axı sirr deyil ki, bütün kişilər xanımların gözündə qəhraman olmaq istəyir. 

Yeri gəlmişkən, “Kontakt Home”da Yeni ilə özəl 50 faizədək endirim kampaniyası hələ də davam edir! Elə indi saytına keçid edin və seçdiyiniz məhsulları evdən çıxmadan, xüsusi endirimlə düz qapınıza, pulsuz sifariş edin. Ödənişi həm onlayn, həm də qapıda nağd, bank və ya taksit kartları ilə edə bilərsiniz. Taksit kartınız varsa, endirimli qiyməti faizsiz hissələrə də bölə bilərsiniz. Məhsulları ilkin ödənişsiz, 24 ayadək faizsiz kredit şərtləri ilə də almaq imkanınız var.

Bunlardan əlavə, bu dəfə də “Kontakt Home” “Şeş-Qoşa” kampaniyası ilə Yeni il hədiyyənizi pulsuz almaq imkanı da yaradır. Belə ki, yanvarın 18-dək -dan etdiyiniz hər nağd sifarişə görə sizə xüsusi kupon və akt təqdim olunacaq. Bu kupon və aktla birlikdə 1-15 fevral tarixləri arasında istənilən “Kontakt Home” mağazasında yaxınlaşaraq zər ata bilərsiniz. Bəxtinizə şeş-qoşa (6 qoşa) düşərsə, aldığınız məhsulun pulu sizə 100% geri qaytarılacaq.
Bir də sonda bir məsləhətimiz də var. Yeni il qabağı çatdırılma xidmətinin yükləndiyini nəzərə alaraq, hədiyyənizi vaxtında almaqçün sifarişinizi indidən verin.

Onlayn sifariş prosesi ilə ətraflı tanış olmaq üçün aşağıdakı videotəlimata baxa bilərsiniz:

0.35353517532349